K.Rəykkönen məyusdur

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, sıralanma turunda 4-cü olduğu üçün məyusdur.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 1-ci və 3-cü sərbəst yürüşlərdə zirvəni fəth etmişdi və sıralanma turunun ən böyük favoritlərindən biri sayılırdı. Amma Spa trasının şahı sayılan Rəykkönen vibrasiya probleminə görə son cəhdini tamamlaya bilməyərək, pitə qayıdıb, nəticəsi isə 4-cü olmağa imkan verib.

Kimi Rəykkönen: “Vibrasiya probleminin nəticəyə necə təsir etdiyini demək çətindir. Amma mənə heç kömək etmədi. Məyusam, çünki indiyə qədər hər şey yaxşı gedirdi. Amma birdən hər şey tərsinə döndü. Mercedes-in tempindən xəbərim yoxdur. Hələ dövrəvi nəticələrə baxmamışam. İndiyə kimi yaxşı görünürdülər və bugünkü nəticə mənə kömək etmir. Yarışda rəqiblərimizə qarşı nələr edə biləcəyimizə baxmaq lazımdır. UltraSoft təkərlərin nə vaxt tam yeyiləcəyini bilmirəm. Vəziyyəti yaxından izləməliyik. Bizi çətin mübarizə gözləyir.

Sebastyanın komandada qalması yaxşıdır, amma indi onu düşünmürəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*