F-1.az xatırladır ki, finlandiyalı sürücü ilk cəhdindən sonra lider olsa da, ikinci cəhdindən sonra Fettel poulu qazanıb. Beləliklə, peletonun ən yaşlı sürücüsü sabahkı yarışa ikinci yerdən start verəcək.
Kimi Rəykkönen: “Son dövrəm ideal deyildi. Əlimdən heç nə gəlmir. Bu gün şənbədir və əsas bazar günü keçiriləcək yarışdır. Buna görə də heç nə itməyib. Təbii ki, hər şey yaxşı gedərkən poulu əldən vermək pis oldu. Məyusam. Ümid edirəm ki, sabah hər şey daha gözəl olar. Təkərləri qorumaq vacibdir. Yaxşı strategiya ilə dubl etməyə çalışacağıq”.