F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa ikinci yerdə başlayaraq, startda yerini qoruyub. Pit-stoplardan sonra da yerini qoruyan təcrübəli sürücü yarışın son dövrələrində sol ön təkərinin partlamasına görə əlavə pit-stop etməli olub və yarışı 3-cü yerdə bitirib.
Kimi Rəykkönen: “Boliddən və trasdan maksimumu alsam da, Mercedes çox sürətli idi. Yarışın bəzi hissələri isə bizim üçün çox çətin idi. Onlara çatmaq üçün çox sürətlə getməyə çalışdım. Hər həftə bəzi problemlər yaşayırıq və heyif ki, problemlərimiz yenə də davam etdi. Bu gün Lyuisi keçmək mümkünsüz idi.
Səbəbini bilmirəm, amma təkərim parçalandı. Az qala partlayırdı. Bəxtimiz gətirdi ki, yarışa qayıtdıq və bolidə zərər dəymədi. Pitə az məsafə qaldığı üçün şanslı idim. Daha sonra isə eyni yerdə Fettelin də təkəri partladı. Nəsə demək çətindir. Bu gün üçüncü olduğum üçün sevinə bilmirəm, amma heç nədən yaxşıdır. Ən azı podium qazana bildik”.