F-1.az xatırladır ki, mövsümün sonuna bir yarış qalmış, Niko Rosberq komanda yoldaşı Lyuis Həmiltondan 12 xal öndədir. Nikoya çempionluq üçün podiuma yüksəlmək kifayət edir.
Kimi Rəykkönen: “Bazar günü nə olacağını bilmirəm, izləyib görəcəyik. 2007-ci ildə mən də eyni vəziyyətdə idim və itirəcək heç bir şeyim yox idi. Çox güclü həftəsonu keçirmişdim və uğur qazanmışdım. Normal yarışdakılardan fərqli şeylər etməyə ehtiyac yoxdur. Həmişə olduğu kimi, yarışa çıxıb əlindən gələnin ən yaxşısını etməlisən. Yeganə şansınınz qalib gəlməyə çalışmaq və digər sürücülərin nələr edəcəyini görməkdir. O vaxt komandam yaxşı işlədi və təbii ki, şans da üzümüzə güldü. Bazar günü hansı sürücü qalib gəlsə, əminəm ki, layiqli çempionluq əldə edəcək”.