F-1.az xatırladır ki, finlandiyalı pilot mövsümün son yarışı Əbu Dabidə 12-ci olub.
Kimi Rəykkönen: “Son yarışlara nisbətən sürətli idik. Önümüzdəki rəqiblərimizə yaxın idik, ancaq maksimum nəticə bu idi. Pis mövsümü yaxşı bitirə bildik. Qış testlərindən sonra bilirdik ki, çətin olacaq. Lakin komanda inkişaf etdi və irəliyə doğru addımlar atdıq. Ümid edirəm ki, növbəti mövsüm daha yaxşı olar”.