K.Rəykkönen: “Maksimumu ala bilmirik”

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, boliddən hələ də maksimumu ala bilməyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü bu il bütün yarışlardan xal ala bilən 6 pilotdan biridir.

Kimi Rəykkönen: “İlk yarışlardan bir az xal ala bildik. Amma boliddən hələ də maksimumu çıxarmamışıq. Bu, məyusedicidir. Boliddə ən yaxşı sazlanmaları tapmağa çalışacağıq. Komandamız çox gəncdir. Buna görə də bəzi şeyləri daha yaxşı etməliyik. Əminəm ki, daha yaxşı olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*