K.Rəykkönen: “Maks mənə kifayət qədər yer qoymadı…”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Ferstappenlə yaşadığı insidentdən sonra Yaponiya yarışı onun üçün başa çatıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışın əvvəlində tras xaricinə çıxıb sonra geri qayıtmaq istəyən Ferstappenə çırpılıb və nəticədə bolidin altlığında ciddi problem əmələ gəlib.

Kimi Rəykkönen: “Bolidim zədələndi və vəziyyət get-gedə pisləşdi. Ona mümkün qədər yer qoymağa çalışdım. Trasın kənarından gəlib otluqdan keçdi. Bəlkə də, buna görə dönə bilmədi. Asfaltayatma qüvvəsi itirdim və ondan sonra əlimizdən heç nə gəlmirdi. Zədələnməmiş maşınla tempimizin necə olacağını demək çətindir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*