F-1.az xatırladır ki, 2005-ci ildə Monako yarışını qazanmış Kimi Rəykkönen dünənki sıralanma turunda 14-cü yeri tutub.
Kimi Rəykkönen: “Üçüncü sərbəst yürüşlərdə təkərlərlə yaxşı işləyirdim və bolid özünü yaxşı aparırdı. Lakin lazımi vaxtda tempim olmadı. Təbii ki, həmişə yüksək yerlər tutmaq istəyirsiniz. Ümid edirəm ki, yarışda bəxtimiz gətirər”.