K.Rəykkönen komandasına təşəkkür edir

Bəhreyndə ilk sərbəst yürüşlərdə problem yaşayan Kimi Rəykkönen komandanın bolidi ikinci sərbəst yürüşlərə çatdırmasına görə mexaniklərinə təşəkkür edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü birinci sərbəst yürüşlərdə problem yaşasa da, ikinci sərbəst yürüşlərdə komanda yoldaşı Fetteldən 0.2 saniyə geridə qalıb.

Kimi Rəykkönen: “Həftəsonuna yaxşı başladıq, amma uğur barədə danışmaq hələ tezdir. Birinci sərbəst yürüşlərdə problem yaşadım və çox dövrə vura bilmədim. Bu mühərriklə bağlı problem deyildi. Boksdakılar bolidi ikinci sərbəst yürüşlərə hazır etmək üçün çox işlədilər. Onlara təşəkkür etməliyəm. Bu gün nəticə daha gözəl ola bilərdi, amma yenə də razıyam. Bu trası sevirəm, lakin burada xüsusilik yoxdur. İsti hava təkərlərə nəzarət etməyə imkan vermir. Sabah və bazar günü görək nə olur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*