K.Rəykkönen: “Karyeramı bitirsəm…”

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, karyerasını bitirdikdən sonra paddokda olmayacaq.

F-1.az xatırladır ki, 40 yaşlı Dünya Çempionu gələn ilin sonunda Formula1-dən gedə bilər.

Kimi Rəykkönen: “Ailəm olandan sonra bu idmana yanaşmam dəyişməyib. Təbii ki, uşaqlar olandan sonra məsuliyyət artır. Amma uşaqlar olmamışdan əvvəl necə yaşayırdımsa, indi də elədir. Onları yarışçı olmağa məcbur etmirəm. Lakin məndən kömək istəsələr, tövsiyə verərəm. Ancaq karyeram bitəndən sonra paddokda görünməyəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*