K.Rəykkönen: “İtirməyə heç nəyim yoxdur”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, itiriləcək heç nəyi yoxdur və buna görə də qalib gəlmək üçün əlindən gələni edəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Britaniya Qran Prisinin sıralanma turunda lider Həmiltondan 0.5 saniyə geri qalaraq ikinci yeri tutub. Formula1-in ən yaşlı sürücüsü bununla da, cari mövsümdə sıralanma turunda 3-cü dəfə komanda yoldaşı Fetteli qabaqlayıb.

Kimi Rəykkönen: “Sessiya ərzində vəziyyət elə də asan deyildi, amma hər şey qaydasında idi. Bu həftəsonu sürdüyümüz ən güclü bolid idi.

Üçüncü sərbəst yürüşlərdə işimiz daha asan idi. Sıralanma turunda tez-tez dəyişən hava şəraiti işimizi çətinləşdirdi. Buna baxmayaraq. bolid hər şəraitdə güclü idi. Yarışda Mercedes-lə mübarizə apara bilmək üçün çox işləməliyik. Görək necə olur. Artıq itiriləcək heç bir şeyim yoxdur. Buna görə də komanda üçün daha yaxşı nəticə almağa çalışacağıq. Yarışı qazanmaq istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm. Görək nəticə necə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*