K.Rəykkönen: “İstədiyim yerdə poul qazandım”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen əfsanəvi Montsa trasındakı qazandığı pouldan sonra çox xoşbəxtdir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 1:19.119 zaman nəticəsi ilə karyerasının 18-ci poulunu qazanıb. Bu, 38 yaşlı çempionun Ferrari ilə İtaliyadakı ilk pouludur.

Kimi Rəykkönen: “Əgər bir yerdə poul qazanmaq şansım olsaydı, burada olmağını istərdim. Son yarışlarda buna yaxın olsaq da, alınmırdı. İkinci cəhdim çox yaxşı idi. Poul qazanmağım üçün bəs elədi. Buna görə çox xoşbəxtəm. Həftəsonu ərzində çətinliklərimiz olsa da, komanda olaraq doğru işlər görə bildik. Doğru sazlanmaları tapdıq. Bundan sonra hər şey daha da yaxşılaşdı. Ümid edirəm ki, sabah qələbə qazanacağıq. Ferrari-nin ilk cərgədə olması əladır. Amma hələki işin ilk yarısı bitdi. Sabah ikinci mərhələ başlayır. Yarış həftəsonunun ən önəmli hissəsi olacaq. Əla nəticə qazanmaq istəyirik.

Builki ilk poulumu qazandım. Bu, xüsusi hissdir. Sizin üçün bəsit görünsə də, elə deyil. Bütün həftəsonu ərzində ilk iki yerdən birini tuturdum. Sərbəst yürüşlərdən sonra poul üçün mübarizə aparacaq 3 bolid var idi və elə də oldu. Lakin xallar sabah veriləcək. Bu poul məni rahatlandırmadı. Çünki ilk dəfə poul qazanmıram. İlk olsa, rahatlaşardım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*