K.Rəykkönen: “İnsanlar həmişə şikayət edəcəklər”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, mövsümün əvvəlindən müzakirə olunan qeyri-stabil cəzaların həll yolu yoxdur.

F-1.az xatırladır ki, son yarışlarda sürücülər qaydaların müəmmalı olduğundan şikayət edirlər.

Kimi Rəykkönen: “Heyif ki, cəzalarla bağlı heç nə edə bilmirik. Bəzən əleyhimizə, bəzən də lehimizə qərarlar çıxır. Hər stüard öz qərarını verir. Bu da hamını xoşbəxt etmir. Stüardlar dəyişsə də, dəyişməsə də, verdikləri qərarlar bəzilərini sevindirdiyi halda, digərlərini məyus edəcək. Bunlar avtoidmanın bir parçasıdıt və uyğunlaşmalıyıq. Eyni hallar MotoGP və digər idman növlərində də olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*