F-1.az xatırladır ki, peletonun ən yaşlı sürücüsü olan Kimi Rəykkönen Macarıstanda ilk günü 4-cü yerdə bitirib.
Kimi Rəykkönen: “İlk sərbəst yürüşlərə yaxşı başladıq və nahardan sonra isə bizim üçün daha çətin keçdi. Fərqli sazlanmalar üzərində işləsək də, bunlar istədiyimiz effekti vermədi. Buna görə də bir az vaxt itirdik. Amma bütün tərsliklərə baxmayaraq, əla gün oldu. Poul barədə heç nə düşünmürəm. Öndəki 3 komanda bir-birilərinə çox yaxındırlar. Görək nə olur. Bu gün trasda dayanmağımın səbəbini araşdıracağıq. Ciddi şey olduğunu düşünməsəm də, problemi tapmalıyıq”.