F-1.az xatırladır ki, finlandiyalı sürücü pit-stopa qədər lider getsə də, pitə komanda yoldaşı Fetteldən tez girərək, ikinci yerə geriləyib.
Kimi Rəykkönen: “Nə deyim, bilmirəm. İkinci yer mənim üçün yaxşı nəticə deyil və sevinmirəm. Bəzən işlər belə gedir. Sonrakı yarışda daha güclü olmağı sınayacam. Belə yarışlarda daha yaxşı nəticə gözləyirsiniz, amma bu həmişə baş vermir. Mübarizə aparmağa davam edəcəm. Bu gün əla nəticə qazandıq və vacib xallar topladıq”.