F-1.az bildirir ki, finlandiyalı sürücü sıralanma turunda yaxşı performans göstərsə də, yarış tempində çox zəif görünür.
Kimi Rəykkönen: ” Bu barədə çox danışmaq istəmirəm. Bildiyimə görə? komandada bərabər statusda yarışırıq. Mən əlimdən gələni edib yüksək nəticə qazanmaq istəyirəm. Onsuz da özümdə bu potensialı görməsəm, burada olmazdım. Hər il haqqımda belə xəbərlər çıxır. Buna öyrəşmişəm. Həmişə yerimə başqa sürücülər gətirirlər. Lakin hələ də buradayam. Təbii ki, hər il bu barədə yazsanız, bir gün haqlı çıxa bilərsiniz. Amma bu barədə danışmaq istəmirəm”.