F-1.az xəbər verir ki, Mercedes-lərin ilk dövrədən mübarizəni dayandırdığı yarışda qələbə əldə edə bilməyən Ferrari sürücüsü Kimi Rəykkönen buna görə təəssüf hissi keçirib: “Maks üçün sevinirəm. Amma özüm üçün təəssüflənirəm. Nəticədə bu bir yarışdır. Yarışın startı uğurlu olmadı. Yaxşı ki, 3-cü döngədə bir-neçə nəfəri keçə bildim və çox yer itirmədim. Hər şey daha da pis ola bilərdi. Sürətimiz yaxşı idi və öndəkilərə çatmağım vaxt aldı.
Maksa çatdım, amma hücum edə biləcək qədər yaxın deyildim. Xüsusilə də son döngələrdə maşınımın yol tutuşu zəif idi və Maks məndən uzaqlaşırdı. Qalib gəlmək üçün hər şeyi etdim, amma kifayət etmədi. Sıralanma turunun nəticəsindən sonra podiumda olduğumuz üçün sevinməliyik. Amma qələbəyə bu qədər yaxınlaşıb onu əldən vermək daha çox təsir edir”.
Hazırda 36 yaşı olan peletonun ən yaşlı sürücüsü Rəykkönen 18 yaşı olan ən gənc sürücü Ferstappenlə eyni podiumda olmasına da toxunub: “O, yaxşı sürücüsür və yaxşı komandadadır. Ən gənc və ən yaşlı sürücü olaraq burdayıq. Mən onun atası ilə də yarışmışam və əsl qorxuducu olan da budur…”