K.Rəykkönen: “Hər şey istədiyimiz kimi başladı”

Günü komanda yoldaşı Sebastyan Fetteldən 0.263 saniyə geri qalaraq ikinci yerdə bitirən Kimi Rəykkönen bildirib ki, Rusiyada işlər Ferrari üçün yaxşı başlayıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü birinci sərbəst yürüşlərdə 1-ci yeri tutub.

Kimi Rəykkönen: “Cümə günü bizim üçün uğurlu keçdi. Problemsiz dövrələr vurduq və bolidi sürmək həzz verirdi. Rusiyaya gələndə aşağı temperatura görə narahat idik, amma hazırda hər şey qaydasındadır. Təbii ki, Mercedes-lə yaranan fərqin real olduğunu düşünmürəm. Sabah və bazar günü daha güclü olacaqlar. Bizim əsas məqsədimiz sıralanma turu və yarışda əlimizdən gələni edərək damalı bayrağı ilk iki yerdə görməkdir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*