F-1.az xatırladır ki, finlandiyalı sürücü son dövrələrdə Həmiltonun hücumlarına məruz qalsa da, yerini qoruya bilib və 2014-cü ildə Ferrari-yə qayıtdıqdan sonra ilk dəfə ardıcıl 3 podium qazanıb.
Kimi Rəykkönen: “İlk pit-stopa qədər hər şey çətin idi. Amma pitdən sonra hər şey daha yaxşı vəziyyətə gəldi. Öndəkilərə çatmağa başlasam da, hücum edə bilmədim. Lyuis mənə hücum edəndə narahat olmadım. Sürətlənməmiz yaxşı idi və start düzlüyündə onun ötməsi mümkünsüz idi. Ümumilikdə, gözəl gün idi. Yarışı qazandıq və iki sürücü də podiumdadır. Ümid edirəm ki, son yarışda da eyni hal təkrarlanar”.