Censon Batton və Felipe Massa mövsümün sonunda Formula1-dən ayrılacaqlarını açıqlayıblar. Peletonun ən yaşlı sürücüsü olan Kimi Rəykkönen Ferrari ilə olan müqaviləsini 2017-ci ilin sonuna qədər uzadıb.
F-1.az xəbər verir ki, təcrübəli sürücü 2018-ci illə bağlı suallara cavab verib: “Bu mövsümü yaxşı şəkildə bitirdikdən sonra gələn mövsüm üçün hazırlaşmalıyam. Bəlkə də gələn il çempionluq uğrunda mübarizə apararıq. Sonra nə baş verəcək, bilmirəm. Çox güman ki, komandamla bu məsələni danışacayıq”.
Kimi bu mövsüm trasda tez-tez mübarizə apardığı Maks Ferstappen barədə də danışıb: “Onun barədə heç bir pis fikrim yoxdur. Amma o nə düşünür, bunu bilmirəm”.