F-1.az xatırladır ki, finlandiyalı sürücü ikinci sərbəst yürüşlərdə 30 dövrə vurub və 1:42.835-lik zaman nəticəsi ilə 9-cu olub. 37 yaşlı sürücü lider Rikkardodan 1.9 saniyə geri qalıb.
Kimi Rəykkönen: “Ümumilikdə çox çətin gün idi. Çox mənasız şeylər oldu. Xüsusən də nahardan sonra bərbad idi. Çox şey işləmədi və görüləsi işlər var. Bolidin üzərində işləməliyik. Əgər yaxşı işləsək, təkərlərdən də yaxşı istifadə edərik.
Sözün açığı, asan başlanğıc gözləyirdim. Sabah başqa gün olacaq. Görək nə olur. İşləməyə davam edirik. İnkişaf edə biləcəyimizə əminəm. Bu, başımıza ilk dəfə gəlmir və bu gün sadəcə cümədir”.