F-1.az xatırladır ki, finlandiyalı sürücü Amerika yarışına UltraSoft təkərlərlə başlayacaq. Həmilton isə 5 dövrə istifadə edilmiş SuperSoft təkərlərlə start alacaq.
Kimi Rəykkönen: “İtiriləcək heç nə yoxdur. Yaxşı start almağa çalışacağıq. Məncə, bu problemli olmamalıdır. Əla gün idi. İdeal olmasa da, boliddə özümü yaxşı hiss etdim. Yarış uzundur və heç kəs təkərlərin necə performans göstərəcəyini bilmir. Buna görə də maraqlı olacaq”.