K.Rəykkönen: “Güclü olduğum halda pis nəticə göstərdim”

Çin QP-nin sıralanma turunda 4-cü olan Kimi Rəykkönen bildirib ki, yüksək pillərdə qərarlaşmaq üçün qüsursuz dövrələr vurmalıdırlar.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sıralanma turuna əla başlayıb, ikinci sessiyanın ən sürətli dövrəsini vursa da, yekunda 4-cü yeri tutub.

Kimi Rəykkönen: “Sıralanma turunun son sessiyasında asfaltla ilişmə yox idi və buna görə də pis dövrə atdım. Üçüncü döngədə kiçik səhv etdikdən sonra başa düşdüm ki, ilk cəhdimdə şansım yoxdur. İkinci cəhddə də asfaltla ilişmə zəif olduğu üçün nəticəmi yaxşılaşdıra bilmədim və 4-cü yeri tutdum. Amma sabah burada hava şəraiti böyük rol oynayacaq. Yağış yağsa, gözəl yarış keçirə bilərəm. Təbii ki, hər şeydən əsas gözəl start almaq lazım olacaq.

Bu gün rəqabətədavamlı olduğum halda, sonda 4-cü olduğum üçün məyusam. Amma sabah yeni bir gün olacaq. Yenə də xoşbəxtik və bu doğru yolda olduğumuzu göstərir. Ümid edirəm ki, sabah uğurlu gün keçirərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*