F-1.az xatırladır ki, mövsüm bu gün Bəhreyndə start götürəcək. Keçən il Saxir trasında pis performans göstərən İtaliya komandası bu il mühərrik cəhətdən güclənib.
Kimi Rəykkönen: “Yarışmaq üçün darıxmışıq. Buna görə də ilk yarış həmişə xüsusi olur. Test üçün bolidi sürmək gözəl idi. Təkər-təkərə mübarizələr idmanın həzzini artırır və bunu ancaq yarışaraq edə bilərsiniz. Buna görə də yarışı səbirsizliklə gözləyirik.
İki həftə əvvəl üçgünlük testlərdə zaman nəticəmiz məni maraqlandırmır. Bunun mənası yoxdur. Sabah komandaların real gücünü anlayacağıq. İndi isə öz işimizlə məşğul olacağıq. Əlimizə düşən fürsətlərdən maksimum dərəcədə istifadə etməliyik”.