F-1.az xatırladır ki, Avropa mövsümü başlayandan azarkeşlər maraqlı yarış izləyə bilməyiblər.
Kimi Rəykkönen: “Daha əvvəl bu trasda testlər etdim. Burada fərqli konfiqurasiyalar sınaqdan keçirilib. Çox uzun və qısa olduğu dövrləri xatırlayıram. Ferrari və McLaren ilə burada çoxlu dövrələr vurmuşam. Burada hər şey o dəqiqə dəyişməyəcək. Ötmələr yenə çətin olacaq. Keçmişdəki testləri xatırlayanda belə olacğını düşünürəm. Cümə günü hər şeyi daha yaxşı anlayacağıq. Burada ilk dəfə yarışacaq pilotlar var. Buna görə proqnoz vermək çətindir”.