F-1.az xatırladır ki, finlandiyalı sürücü Formula1-də 19 mövsüm keçirmiş və 2007-ci ildə Ferrari ilə titul qazanmışdı. Kimi Rəykkönen həmişə diqqət mərkəzində olan sürücülərdən biri idi. Yarışdığı dövrlərdə də böyük fan kütləsi var idi. Lakin veteran pilot bu mövsümün sonunda – 42 yaşında – karyerasını başa vuraraq təqaüdə çıxdı.
Kimi Rəykkönen: “Bəlkə də, idman üçün darıxacam. Yarış cəhətdən əminəm ki, darıxacam. Lakin avtoidmanda yarışmaq üçün kateqoriyalar çoxdur. Oralarda daha yaxın və daha yaxşı yarışlar keçirə bilərsiniz.
Formula1-də çox vaxt keçirsəm də, heç vaxt həyatımdakı ən vacib şey olmadı. Həyatıma Formula1-dən daha çox dəyər verdim. Yekunda bu bir yarışdır. Pis və ya yaxşı nəticə həyatımda ciddi dəyişiklik etmir.
Əgər bu idmandan həzz almasaydım, bu qədər qalmazdım. Yarışmaqdan, maşın sürməkdən və problemləri həll etməkdən həzz alıram. Qalan şeylərdən həzz almırdım, amma onlar da Formula1-in bir hissəsi idi. Yaxşı və pis günlər oldu. Ancaq həyat da belədir. Bir gün pis olar, sabahsı gün yaxşı”.