F-1.az xatırladır ki, finlandiyalı sürücü Ciddədəki yarışı sonuncu yerdə bitirib.
Kimi Rəykkönen: “Restartları və ilk dövrəsi ilə çox gərgin yarış idi. Tempimiz pis deyildi və xallar qazana bilərdik, ancaq Sebastyan Fettellə təmas yaşadıqdan sonra bolid zədələndi. Buna görə də onluğa düşmək çətin idi.
Fettellə insidentdə əlimdən heç nə gəlmirdi. Yan-yana gedirdik. Döngəni dönməyə çalışdım, amma təmas etdik. Bu hal yarışımı məhv etdi.Ondan sonra geri dönmək mümkün deyildi”.