K.Rəykkönen: “Fettelə yol verəndə çox vaxt itirdim”

Kimi Rəykkönen bildirib ki, Avropa QP-də Sebastyan Fettelə yer verməsi onun üçün problem olmayıb, amma Rəykkönen Sebastyanı önə buraxanda çox vaxt itirib...

F-1.az xatırladır ki, Rəykkönen ona verilən 5 saniyəlik cəzanı kompensə etməyə çalışarkən, Fetteli önə buraxmalı olmuşdu və buna görə də Pereslə aradakı fərq azalmışdı.

Kimi Rəykkönen: “Komandanın qərarına qarşı çıxmıram, çünki cəzalı idim və onsuz da məni ötəcəkdi. Sadəcə bunu daha yaxşı edə bilərdik. Necə edə biləcəyimizi bilmirəm, amma hiss etdim ki, çox vaxt itirdim. Həmin dövrə 2.5 saniyə vaxt itirdim və o anda əsas məqsədim Force İndia ilə aramdakı 5 saniyəlik fərqi qorumaq idi. Amma düşünürəm ki, nəticəyə güclü təsir etmədi və səhv qərar deyil. Sadəcə bunu daha az vaxt itirərək edə bilərdik”.

Rəykkönen yarışın 8-ci dövrəsində pitə gələrək, Soft təkərlərə keçmiş və yarışın sonuna qədər bu təkərlərlə davam etmişdi. Finlandiyalı bu vəziyyətə görə şikayətçi deyil: “Planımız bir dəfə pit-stop etmək idi. Harada olduğunuzdan asılı olmayaraq, çox şey edə bilərsiniz. Təkərlər özlərini yaxşı apardılar. Sonda səhv etdiyimizlə bağlı nəsə deyə bilmərəm. Daha sonra pitə gələn sürücülərin təkərləri təzə idi və bu, onlara kömək etdi. Amma təkərlərlə bağlı ciddi problem yox idi. Yarışın sonunda Force İndia ilə mübarizə apara bilərdim, amma nəticə eyni olardı”.

Rəykkönen bildirib ki, Ferrari çox iş görməlidir: “Son yarışların nəticələrinə baxsaq, görərik ki, Kanada yarışında rəqiblərimizə daha yaxın idik. Amma bura fərqli trasdır və şərtlər fərqlidir. Bizim üçün həftəsonu asan keçmədi. Bəzi şeylərlə çoxlu mübarizə apardıq, amma sonda vəziyyəti düzəldə bildik.

Bir şeydən əminəm ki, onlarla hər şərtdə mübarizə aparmaq üçün inkişaf etməliyik. Traslar və şərtlər dəyişir. Onlarla mübarizə aparmaq üçün və boliddə rahat olmaq üçün görüləsi işlər var”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*