K.Rəykkönen: “Fettelə özüm kömək etdim”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Belçikadakı sıralanma turunda Fettelə özü kömək etmək istəyib və komandasından heç bir təlimat almayıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü son cəhdində səhv etdikdən sonra yavaşlamış və son sektordakı uzun düzlükdə komanda yoldaşı Fettelə hava kisəsi yaradaraq, ona kömək etmişdi. Almaniyalı sürücü bunun hesabına təxminən 0.2 saniyə qazanaraq, 2-ci yeri tutdu.

Kimi Rəykkönen: “Səhv etdim. Pitə qayıdırdım. Komandama kömək edə bilirəmsə, edərəm. Mən heç nə itirmədim, çünki pitə qayıdırdım. Bilirdim ki, arxamdadır. Buna görə sürətləndim və ona düzlükdə kömək etmək istədim. Bu qədər sadə. Bunun arxasında başqa hekayə yoxdur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*