K.Rəykkönen: “Fettel düzgün strategiya seçdi”

Əbu Dabi yarışını 6-cı yerdə bitirən Kimi Rəykkönen bildirib ki, komanda yoldaşı Sebastyan Fettel daha düzgün təkər strategiyası seçib.

F-1.az xatırladır ki, Ferrari sürücüləri ilk pit-stoplarına arxa-arxaya gəlmiş, amma Fettel ikinci pit-stopa daha gec getmişdi. Rəykkönen isə ikinci pit-stopu rəqibləri ilə eyni vaxtda etmişdi.

Kimi Rəykkönen: “Sebastyanın strategiyası daha yaxşı idi. Bu açıq-aydın görünür. Buna görə də pitə girməməli idik, amma komanda iki fərqli strategiya sınamaq istədi və belə qərar aldıq. Bolid çox güclü idi, amma sağ ön təkərlə ciddi problemlərim var idi. Onun yeyilməməsi üçün əlimdən gələni edirdim. Amma sonuncu dəst təkərlərlə sürmək daha asan idi. Gələnilki yeni bolidlərlə daha yaxşı nəticələr almaq istəyirik. Arxadakı bolid üçün strategiya qumarı oynamaq daha asandır və komanda da yarışda bunu etdi. Bu strategiya Sebastyanda işlədiyi üçün çox sevincliyəm. Mənim üçün isə işlər yaxşı getmədi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*