F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 2-ci yerdən başlasa da, startda Bottasla Ferstappenin gerisində qalıb. Pit-stopa rəqiblərindən çox gec gedən veteran sürücü trasa 6-cı yerdə qayıtsa da, təhlükəsizlik maşınından sonra təzə təkərlərin hesabına 3-cü yerə qədər yüksələ bilib.
Kimi Rəykkönen: “Məncə, yaxşı start aldım. Amma heyif ki, Fettel məni blokladı və geriyə düşdüm. Sebastyanla mübarizədə ayağımı qazdan götürməsəydim, qəza edərdik. Biz komanda yoldaşıyıq. Öndəkiləri izləmək asan deyildi. Trasda çox qaldım və təhlükəsizlik maşınından sonra qələbə üçün şansım oldu. Yarışın sonunda Valtteridən sürətli idim, amma hücum etmək çətin idi. Yaxınlaşandan sonra rəqibi izləmək çətinləşir və asfaltla ilişmə azalır. Əlimdən gələni etdim və sevinməliyəm. Çətin yarışdan sonra podium əla təsəlli oldu”.