F-1.az xatırladır ki, Ferstappen Macarıstan yarışında Rəykkönenə qarşı aqressiv müdafiə olunmuşdu.
Amma finlandiyalı gənc rəqibi barədə pis fikirdə deyil: “Ona qarşı pis heç nə hiss etmirəm. O güclü sürücüdür və yaxşı yarışır. Bəzən sərt müdafiə olunur, amma yarışlarda buna stüardlar qərar verirlər. Bəlkə də il ərzində mübarizə apardığınız adam növbəti il fərqli bir adam olar”.
Rəykkönenin artıq 37 yaşı var və finlandiyalı sürücü hazırda Formula1-in ən yaşlı sürücüsüdür.
Amma Rəykkönen bildirib ki, yaş önəmli faktor deyil: “Əgər mən 10 il əvvəlkindən yavaş olduğumu hiss etsəydim, onda burada olmazdım. Özümün və komandanın vaxtını boş yerə sərf etməzdim. Özünüzə qarşı dürüst olmalısınız. Zəiflədiyiniz anı bilməlisiniz. Nəyə görə zəiflədiyinizi bilməlisiniz. Hamısı sizdən aslıdır. Sürətli olmasam, burada olmazdım. Karyerama başlayanda, ən gənc sürücülərdən biri idim. İdman o vaxtdan bəri çox dəyişib. Yaş ortalaması düşüb. Amma bu bütün idman növlərində eynidir. İdman get-gedə gəncləşir. Bu labüd haldır.
Mən özümü yaşlı hiss etmirəm. Rəqəmlər çox görünür, amma mən şəxsən özümü cavan hiss edirəm”.