K.Rəykkönen: “Ferstappenə cəza verilməməsi şübhəlidir”

Kimi Rəykkönen verdiyi açıqlamada bildirib ki, Maks Ferstappenə cəza verilməməsi çox şübhəlidir...

F-1.az xatırlaıdır ki, yarışın sonunda Rəykkönen və Ferstappen 5-ci yer uğrunda mübarizə aparıblar. Sürücülər ikinci döngədə insident yaşayıblar və Rəykkönenin ön qanadı qırılıb. Bu insidentdən sonra Rəykkönen radiodan komandasına bildirdi ki, Ferstappen yerini qorumaq üçün bir dəfədən çox trayektoriya dəyişdirib. Bu insident yarış vaxtı araşdırılmayıb və Ferstappen yarışı finlandiyalı sürücüdən öndə bitirib.

Kimi Rəykkönen: “Çox qəribə və şübhəli vəziyyətdir. Amma qərarları mən vermirəm. Etirazlarımın doğru olub-olmadığından da əmin deyiləm. Amma adi insidentlərə cəzaların verildiyini görmüşəm. Bu stüardlardan aslıdır. Bu hadisə bizim yarışımıza çox təsir etmədi, amma əlinizdə bu cür güclü bolid olduğu halda gerilərdən başlayıb, yaxşı yerdə bitirə bilməmək məyusedicidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*