K.Rəykkönen: “Ferrari yenidən sürətlənəcək”

Kimi Rəykkönen düşünür ki, Ferrari növbəti yarışlarda yenidən qələbə uğrunda mübarizə aparacaq və Britaniyada yaşanan geriləmə sadəcə bir yarışlıq olub...

F-1.az xatırladır ki, italyanlar həftəsonu ərzində istədikləri tempi göstərə bilməyiblər və Red Bull ilə Mercedes-in gerisində qalıblar. Komandanın çempion sürücüləri Rəykkönen və Fettel yarışda çətin anlar yaşayıblar. Rəykkönen yarışı 5-ci, Fettel isə 9-cu yerdə başa vurub.

Amma Rəykkönen bildirib ki, trasın quruluşu və hava şəraiti onların işini çətinləşdirib və finlandiylı əlavə edib ki, onlar növbəti yarışlarda yenidən güclənəcəklər: “Bütün həftəsonu çətin keçdi. Bu nəticə bizim göstərə biləcəyimiz ən yaxşı nəticə idi. Asfalta yatma qüvvəsini itirirdik və bu cür hava şəraitində yarışmaq heç də asan deyil. Bu trasda, xüsusən də, dəyişkən hava şəraitində sürətli olmaq üçün daha çox asfalta yatma qüvvəsi olmalıdır. Eyni zamanda külək də işimizi çətinləşdirdi. Növbəti yarışların bizim üçün yaxşı keçəcəyindən əminəm”.

Rəykkönen bildirib ki, Ferrari-nin əsas problemi asfalta yatma qüvvəsidir: “Sözün düzü, asfalta yatma qüvvəsi sizə bütün traslarda lazımdır. Amma bu cür traslarda sizin buna daha çox ehtiyacınız olur. Digər sahələrdə inkişaf edə bilərik, amma asfalta yatma sahəsində də rəqiblərimiz kimi olsaq, fərqli hekayələr yaza bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*