K.Rəykkönen: “Ferrari-nin qərarını gözləyirəm”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, 2018-ci ildə Formula1-də qalmağı komandanın istəyindən asılıdır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü “qırmızılar”ın heyətində 7-ci mövsümünü keçirir. Qeyd edək ki, Ferrari sonuncu dəfə Kimi Rəykkönenlə 2007-ci ildə Sürücülər Çempionatında qalib olub.

Lakin 37 yaşlı sürücü bu mövsüm göstərdiyi performansla komanda yoldaşı Fetteldən çox geridə qalır və buna görə də Ferrari-nin prezidenti Sercio Markionne sürücüsü Rəykköneni tənbəl adlandırmışdı.

Kimi Rəykkönen: “Gələcəyimlə bağlı son qərarı Ferrari verəcək. Əgər qalmağımı istəsələr, qalaram, lakin get desələr, özümə başqa alternativlər axtararam. Keçən il olduğu kimi bu il də hələ komanda ilə danışmamışam. Onlar bu vəziyyəti dəyərləndirib bir qərar verəcəklər.

Alınan nəticələrə görə xoşbəxt deyiləm. Bu sadəcə mənim performansımdan asılı deyil. Mən daha çox problem yaşadım və bu nəticələrə əks olundu. Heyif ki, əlimizdən heç nə gəlmir. Mənim məqsədim əlimdən gələni edərək gözəl nəticələr qazanmaqdır. Heç vaxt təslim olmadım və olmayacam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*