F-1.az xatırladır ki, Ferrari motorları keçən il bütün rəqiblərindən geridə qalmış və bundan həm Ferrari, həm də müştəri komandaları təsirlənmişdi.
Lakin Ferrari bu il yepyeni mühərrik düzəldib və indiyə kimi olan təəssüratlar müsbət yöndədir.
Kimi Rəykkönen: “Bəli, inkişaf etmişik. Güc qurğusu daha yaxşıdır, ancaq rəqiblərimiz də boş dayanmayıb. Keçənilkinə nisbətən yaxşıyıq. Real gücümüzü bilmək üçün mövsümün başlamasını gözləməliyik. Hələ ilk günlərdə olsaq da, hər şey qaydasındadır”.