K.Rəykkönen: “Ferrari ilk cərgədə ola bilərdi”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, son cəhdində səhv etməsəydi, yarışa ilk cərgədən başlaya bilərdi.

F-1.az xatırladır ki, Fettel poul qazandığı halda, finlandiyalı sürücü ondan 0.6 saniyə geri qalaraq, 4-cü yeri tutub.

Kimi Rəykkönen: “Sıralanma turunda hər şey dəyişmişdi. Bunu başqa həftəsonlarında da görmüşdük. Bəzi komandalar cümə günündən etibarən sürətli olsalar da, rəqibləri fərqi sonradan bağlayırlar. Bəziləri daha az yanacaqla məşq edir və buna görə də cümə gününə baxıb nəticə çıxarmaq mənasızdır. Cümə günü biz Red Bull-a heç yaxın deyildik, amma sıralanma turunda bəzi kiçik səhvlər olmasaydı, Ferrari yarışa ilk cərgədən başlaya bilərdi. Sıralanma turu istədiyim kimi keçmədi. Çətin trasdır. Çoxlu döngələr var və səhv etmək ehtimalı artır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*