F-1.az xatırladır ki, finlandiyalı sürücü testlərin son günündə 157 dövrə vuraraq 1:17.251 zaman nəticəsi göstərib.
Kimi Rəykkönen: “Hazırda performansımız barədə heç nə deyə bilmərəm. Hər şeyi Avstraliyada görəcəyik. Bu gün bəzi yaxşı dövrələr vurduq. Amma istəsək, daha sürətlə gedə bilərdik. Testlərdə sürətli getməyin mənası yoxdur. Bir neçə həftədən sonra hamı əsl gücümüzü görəcək”.