F-1.az xatırladır ki, finlandiyalı sürücü komanda yoldaşı Fetteli 0.043 saniyə qabaqlayaraq, 2008-ci ilin Fransa yarışından sonra ilk dəfə poul qazanıb.
Kimi Rəykkönen: “Özümü yaxşı hiss edirəm. Monako asan yarışlardan biri deyil və birinci sərbəst yürüşlərdən sonra bolidi təkmilləşdirə bildik. Hazırda çox güclüyük və sabah üçün gözəl şansımız var. Stabil olmaq həmişə çətin olsa da, digərlərindən yaxşı işlər görərək, birinci yeri tutduq. Təbii ki, bu qələbə demək deyil, lakin əlimizdə əla fürsət var”.