F-1.az xatırladır ki, finlandiyalı sürücü yaxşı start almasına baxmayaraq, tras xaricinə çıxıb və 4-cü yerə geriləyib. Lakin 38 yaşlı sürücü virtual təhlükəsizlik maşını rejimindən istifadə edərək pitə gəlib və bu həmləsinin hesabına 2-ci olub.
Kimi Rəykkönen: “Yaxşı start alsam da, ayağımı qaz pedalındam çəkməli oldum. İki Mercedes-in arasında sıxıldım və qəza etməkdən qorxdum. Sonra bir az tras xaricinə çıxdım. Amma bolid bu gün yaxşı idi. Ancaq yarışın sonunda Maksa çata bilmədim. Qələbəni əldən verdik. İstədiyimiz kimi dövrələr vura bilmədik. Yarışın bəzi hissələri çox çətin olsa da, yaxşı yarışdıq. Tempimizi Silverstounda qorumalıyıq”.