F-1.az xatırladır ki, finlandiyalı sürücü keçən mövsüm Yas Marinada podiuma yüksəlib.
Kimi Rəykkönen: “Buranı çox sevirəm. Mövsümün son yarışıdır və gözəl atmosfer olacağına əminəm. Xüsusən də, son sektorda sürmək həzz verir. Burada projektorların işıqları altında sürmək də bizim üçün ayrı bir təcrübədir və çox gözəldir. Bəzən trası görməkdə çətinlik çəkirəm, amma Yas Marinada bu cür problemlə qarşılaşmamışam. Burada ötmə etmək də çətindir. Amma ötmə etmək üçün mübarizə aparmağı sevirəm. Uzun və çətin döngələr çoxdur. Buna görə də yarışmaqdan həzz alıram. Ümid edirəm ki, hamıya gözəl şou nümayiş etdirə bilərik”.