F-1.az xatırladır ki, peletonun ən yaşlı sürücüsü Almaniyadakı sıralanma turunda beşinci yeri tutub.
Kimi Rəykkönen: “Qaslini qabaqlaya bilərdim. Onu keçmək üçün tempimiz var idi. Son cəhdimdə daha yaxşı nəticə göstərə bilərdim. Lakin bu barədə danışmaq mənasızdır. Yarışda görək nə olur. Lakin ən yaxşı nəticəni göstərməyə çalışacağıq. Bolidimizin potensialını bilirəm. Yağış yağsa, hər şey fərqli olacaq”.