K.Rəykkönen: Doğru qərarla xal qazandıq

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, son dövrələrdə keçid təkərlərinə keçməklə xal qazanıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü koronavirusdan qayıtdığı Rusiya yarışında 8-ci olaraq, vacib xallar qazanıb.

Kimi Rəykkönen: “Yaxşı start alıb bir yer qazanmışdım. Daha sonra Alpine-i izləməyə başladıq. Bolid yaxşı olsa da, ötmə etmək üçün tempimiz yox idi. Sürətli olsam da, düzlükdə ötmə edə bilmirdim.

Yağış başlayanda doğru qərar verdik. Tras islananda təkərləri dəyişən ilk sürücülərdən idim. Bu da qarşılığını verdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*