K.Rəykkönen: Daha yaxşısı mümkün idi

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, sıralanma turundakı nəticəsindən razı deyil.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Toskana Qran Prisinin sıralanma turunda 13-cü yeri tutub.

Kimi Rəykkönen: “Hazırkı vəziyyətimizi nəzərə alsaq, 13-cü yer yaxşı nəticədir, amma həmişə daha yaxşı nəticə istəyirsiniz. Boliddə özümü yaxşı hiss edirdim. Buna görə də daha yaxşı yer tutmdığımçün məyusam. Əminəm ki, bu il bir dəfə də olsa, son sessiyaya qalacağıq.

Görək yarışda necə olacaq. Burada ötmə etmək çox çətindir. Lakin əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*