K.Rəykkönen: “Daha yaxşı ola bilərdi”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, sıralanma turunda əla nəticə alsa da, xırda səhvə görə poulu əldən verib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Çində sıralanma turunun son sessiyasında ilk cəhdindən sonra lider olub, son cəhdində də ilk iki sektorda ən yaxşı nəticə ilə getsə də, son sektorda səhv edərək, poulu komanda yoldaşı Sebastyan Fettelə hədiyyə edib.

Kimi Rəykkönen: “Bu gün hər şey yaxşı idi, amma daha yaxşı ola bilərdi. Son sessiyadakı son cəhdimdə yaxşı dövrə vura bilmədim. Xüsusən də son sesktorda iki dəfə bəsit səhv etdiyim üçün bu nəticə ortaya çıxdı. Təbii ki, bu nəticəni istəmirdim. Amma sabah bizi uzun yarış gözləyir və görək nə edirik.

Yarış tempində rəqiblərimizlə fərq azdır. Buna görə də dayanmadan inkişaf etməliyik. Məqsədimiz dubl etməkdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*