K.Rəykkönen: “Daha yaxşı nəticə göstərə bilərdim”.

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen sıralanma turunda komanda yoldaşı Fetteldən 0.6 saniyə geri qaldıqdan sonra bildirib ki, daha yaxşı performans göstərə bilərmiş.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümün ilk sıralanma turunda 4-cü olub və poul qazanan Həmiltondan təxminən 1 saniyə geridə qalıb.

Kimi Rəykkönen: “Bütün dövrələrimdə bir problem yaşandı və təmiz bir dövrə vura bilmədim. Buna görə də olduğum yeri qəbul etməliyəm. Son sessiyada işlər bir az qarışmışdı və bu qarışıqlıqdan özümə dərs çıxardım. Dördüncülük pis deyil. Ən azından Fettelin sürəti yaxşı idi. Bu da onu göstərir ki, sabahkı yarışda Mercedes-lərlə mübarizə apara bilərik.

Əgər təmiz bir dövrə vura bilsəydim, Valtterini keçərdim, amma indi bu barədə danışmağın mənası yoxdur. Olan oldu və 4-cü yerdən başlayıb, mümkün qədər yüksəlmək istəyirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*