F-1.az xatırladır ki, Rəykkönen SuperSoft təkərlərlə 1:18.634-lük nəticə göstərməklə, testlərdə ilk dəfə 79 saniyənin altına düşüb.
Kimi Rəykkönen: “İstəsək, daha sürətli ola bilərdik, amma testin məqsədi bu deyil. Sözün açığı, nə seçirsinizsə, seçin, bacardıqca sürətli olmağa çalışarsınız. Təkmilləşdirməli çox şey var, amma bunlar testin bir hissəsi idi. Bu gündən razı qala bilərik. İki həftədə ən yaxşı günlərimizdən biri idi. Ancaq hələ tezdir. İndiyə qədər sürətli idik, amma görək mövsüm başlayanda necə olacaq.
Bolid yaxşı işləyir və ilk gündən bəri hisslərimiz yaxşıdır. Komanda qışda yaxşı iş gördü. Keçənilkinə nisbətən daha güclüyük, amma sıralanmada harada olacağımızı bilmirəm. Hər qış eyni nağıl olur. Üç həftədən sonra öyrənəcəyik”.