F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 5-ci yerdən başlasa da, Rikkardonun mübarizəni dayandırması ilə damalı bayrağı 4-cü yerdə görüb.
Kimi Rəykkönen: “Boliddə özümü yaxşı hiss etsəm də, mənim üçün çox darıxdırıcı yarış oldu. Yarışmaq adına heç nə etmədim. Yanacağa qənaət etməli idim. Əlimdən heç nə gəlmirdi. Düzlüklərdə 200 metr tez əyləcə basırdım və arxadakılar da bunu etmək məcburiyyətində qalırdı. Onlar üçün də çətin idi. Bolidin potensialı ola-ola sürə bilməmək məyusedicidir. Heyif ki, bəzi traslarda yanacağa görə daha diqqətli oluruq”.