F-1.az xatırladır ki, Ferrari bu mövsüm 4 poul və 4 qələbə qazanaraq, son 6 ildəki ən yaxşı performansını göstərsə də, hər iki cəbhədə Mercedes-ə uduzub.
Kimi Rəykkönen: “Təbii ki, mən də hamı kimi ön qrupda qələbə uğrunda mübarizə aparmaq istəyirəm. Mövsümə pis başladıq və mən sazlanmalardan razı deyildim. Hər yarış inkişaf etdik və hazırda ilk yarışa nisbətən daha hazırlıqlıyıq. Komanda olaraq problemləri daha yaxşı təhlil və həll etdik.
Keçən il hər şeyə sıfırdan başlamışdıq, amma artıq üstünlüyümüz var və bundan istifadə etməliyik. Ümid edirəm ki, qışda yaxşı işləyib gələn ilə hazır olarıq”.