F-1.az xəbər verir ki, bu gün nahardan sonra dördüncü olan Kimi Rəykkönen nikbin olduğunu, lakin bugünkü nəticələrə əhəmiyyət vermədiyini bildirib.
Kimi Rəykkönen: “Mənim heç bir gözləntim yox idi. Çünki bu gün testlərdə olduğu kimi, rəqiblərimizin hansı proqram üzrə çalışdıqlarından xəbərsiz idik. Biz diqqətimizi ancaq öz işimizə yönəltməliyik. Öz proqramımız üzrə işlədik. Kiçik problemlər yaransa da, ciddi bir şey baş verməyib və biz məmnun olmalıyıq”.